
Rustam Garayev
Owner | Developer
Cavablandırmada süni intellekt dəstəyinin fərqi
Süni intellekt ChatBot-un fəaliyyətinə xüsusi mahiyyət qazandırır. Belə ki, ənənəvi botlardan fərqli olaraq süni intellekt əsaslı botlar real operatoru əvəzləyə bilir.
Daha ağıllı cavablara proqramlanan bot real insan ünsiyyəti vasitəsi kimi çıxış edir, dialoqu sona qədər aparır. Üstəlik dəstəklədiyi dillərə avtomatik proqramlaşdırılmış olduğu üçün fərqli dillərdə yazılan mesajları başa düşür. Hətta səsli sorğulara belə cavab yaza bilir.
• xüsusilə, ünsiyyət rahatlığı yaratdığından müştərilər ChatBot-la ünsiyyətdən çəkinmirlər.
• nəticədə, dialoqlar daha uğurlu və axıcı davam edir, ümumi proses satışa stimul verir.
Süni intellekt dəstəyi ilə qurulan Chatbot-lar zaman keçdikcə seçimdən daha çox tələbata çevrilməyə başlayır. Bizneslər həm real mənfəət əldə edir, həm də brend imicini rahatlıqla diktə edə biləcək rəqəmsal həllə sahib olurlar.
Dünya getdikcə daha çox rəqəmsallaşır. Brend dəyərini yüksəldəcək o addımı elə indi at!