
Rustam Garayev
Owner | Developer
Chatbot nədir və necə işləyir?
ChatBot bizneslər üçün cavablandırmanı avtomatlaşdıran süni intellekt dəstəkli sistemdir. Başqa cür desək, istifadəçi və brend arasında kommunikasiya quran, öz təcrübəsindən öyrənən və gün keçdikcə daha çox təkmilləşən rəqəmsal həlldir.
Bu avtomatlaşdırma həlli hazırda dünyanın bir çox ölkəsində minlərlə qabaqcıl brend tərəfindən geniş istifadə olunur.
İşləmə mexanizmi olduqca sadədir: müxtəlif platformalardan (WhatsApp, Instagram, Facebook, Tiktok və s.) daxil olan sorğular 7/24 avtomatik formada cavablandırılır.
Bizim təklif etdiyimiz botlar süni intellekt əsaslıdır və təbii dili qavraya bilir:
• bütün dillərdə başa düşür,
• eyni anda onlarla istifadəçini cavablandıra bilir,
• səsli mesajları başa düşür,
• ənənəvi botlardan fərqli olaraq süni intellekt dəstəkli olduğu üçün dialoqu ağıllı idarə edir,
• müştəri məlumatlarını yığır və müxtəlif xarici platformalarda (Google Sheets və s. kimi) toplayır.
Ən əsası, hər biznes üçün tamamilə fərdi strategiya ilə hazırlanır.