
Rustam Garayev
Owner | Developer
NLP dəstəyi ilə ağıllı həll
Müasir Chatbot-ların ən üstün cəhəti onların NLP, yəni təbii dili başa düşmə üstünlüyünə sahib olmasıdır.
Orta statistik hesablamalarla bir brend fəaliyyət istiqamətindən asılı olaraq gün ərzində ortalama 10 sorğu qəbul edir. Qəbul olunan hər sorğu fərdidir. Yəni, hər müştəri kommunikasiyanı fərqli formada başladır.
Dialektlə yazanlar, səs atanlar, yazıda çoxsaylı qrammatik xəta edənlər və s. tez-tez qarşılanan hallardır. Ənənəvi botun zəif tərəfi bu sorğuları anlamaması idi. Bu da brendə baha başa gəlirdi. İtirilmiş bir sorğu itirilmiş potensial alıcı ola bilərdi.
NLP dəstəyi ilə müasir Chatbot ağıllı həlldir, yəni sorğunu olduğu kimi yox, yazılmaq istədiyi kimi başa düşür. Müştəri niyyətini qavraya bilir.
Süni intellektin imkanları təsəvvür olunmayacaq dərəcədə genişlənir. Texnologiyanın nəbzini tutmağı bacaran hər brend öz gələcək inkişafını da zəmanətə almış olur.
Yeri gəlmişkən, qeyd edim ki, bütün avtomatlaşdırılmış həllərimizə zəmanət veririk.