Rustam Garayev
Owner | Developer
Kurs biznesində Chatbot istifadəsi
Kurs biznesində uğur sürətli cavab, doğru yönləndirmə və məlumatı vaxtında təmin etməkdən keçir.
Bu tanış mənzərədir: Hər gün eyni mövzuda onlarla mesaj və hər dəfə təkrarlanan eyni suallar: “Dərslər nə vaxt başlayır?”, “Qiymət necədir?”, “Onlayn keçirilirmi?” və s. və s.
Bütün bu mesajlara vaxtında və düzgün cavab verilməsə, potensial tələbə rəqib kursa yönəlir. Bəs bu halın həlli nədir?Əlbəttə ki, süni intellekt əsaslı ChatBot, yəni sizin rəqəmsal kurs meneceriniz.
O, dərs cədvəli və proqramları izah edir, qiymət və qeydiyyat detalları verir, tələbəni maraqlandığı sahəyə yönləndirir, sınaq dərsləri üçün qeydiyyat aparır, təlimçilər haqqında məlumat verir, müştəri məlumatlarını toplayıb CRM sisteminə ötürür və maraqlı istifadəçiləri həqiqi tələbəyə çevirir.
Bəs bu biznesdə nəyi dəyişdirir?
Əvvəl - Gec cavablar səbəbindən tələbə itkisi
Sonra - Avtomatik cavab sistemi, gecə-gündüz ünsiyyət
Əvvəl - Hər gün eyni suallara cavab vermək
Sonra - Hazır cavab ssenariləri ilə vaxt qənaəti
Əvvəl - İstifadəçinin maraq dairəsini müəyyən etmək çətinliyi
Sonra - Fərdiləşdirilmiş suallar və yönləndirmə
Əvvəl - CRM-ə əllə məlumat yazmaq
Sonra - Avtomatik data yığımı və sistemə inteqrasiya
Əvvəl - Sınaq dərsi üçün qeydiyyat çətinliyi
Sonra - Bir kliklə sınaq dərs qeydiyyatı
Təhsil texnologiya ilə birləşəndə effektivlik ikiyə qatlanır.
Əgər sən də hər sualı satış fürsətinə çevirmək istəyirsənsə, bizim həlləri yoxla. DEMO versiya ödənişsizdir.