Rustam Garayev
Owner | Developer
ML texnologiyası və öz təcrübəsindən öyrənən sistemlər
Süni intellekt dedikdə ağıla ilk gələn texnologiyalardan biri də Machine Learning (ML), yəni maşınların öz təcrübəsindən öyrənməsidir.
Yəni bu texnologiya, əvvəlki məlumatları analiz edir, nəticələr çıxarır və sonrakı qərarları daha ağıllı verir.
Bəs Machine Learning tam olaraq necə işləyir?
- Data toplanır: Sistem istifadəçi davranışlarını, mesajları və nəticələri yığır,
- Öyrənmə baş verir: Bu dataya əsasən sistem nəyin necə işlədiyini öyrənir,
- Təkmilləşmə baş verir: Gələcəkdə daha doğru cavablar verir, daha ağıllı qərarlar alır,
- Nəticə optimallaşır: Zamanla sistemin performansı artır və səhv payı azalır.
Chatbot-larda ML xüsusilə vacibdir. Belə ki, bu texnologiyaya sahib botlar istifadəçilərlə yazışdıqca cümlələri daha yaxşı anlayır, sorğuların niyyətini düzgün oxuyur, emosiyaları ayırd edir, sektora uyğun dillə cavab verir, təkrarlanan sualları özü tanıyır və cavab şablonlarını optimallaşdırır. Yəni, hər dialoq bot üçün praktiki bir dərsdir. Hər növbəti dialoqda isə əvvəlkinə nisbətən daha yaxşı cavab imkanıdır.
Zəmanə o həddə gəlib ki, Chatbot belə öz təcrübəsindən öyrənir. Əgər hələ də biznesin üçün ağıllı həll test etməmisənsə, sorğunu gözləyəcəyik.