Rustam Garayev
Owner | Developer
Onlayn satışda Chatbot istifadəsi
Son dövrlərdə onlayn satışın populyarlaşmasının birinci dərəcəli səbəbi məhz onun istifadəçilərə rahatlıq vəd etməsidir.
Bu rahatlıq isə sadəcə asan və istifadəçi dostu interfeys ilə məhdudlaşmır, kommunikasiyanın rahatlığı da vacibdir.
İstifadəçi məhsula baxır, səbətə atır... və çıxır. Və ya: "Bu məhsul nə zaman çatdırılır?" yazır, cavab tapmır və saytı tərk edir. Onlayn satışda sürət qazanca bərabərdir. Kim daha operativ davranırsa, o da satışa daha tez çatır.
Bu işdə ChatBot sizin 24/7 satış əməkdaşınızdır.
ChatBot e-ticarət platformalarında məhsul haqqında məlumat verir, səbətdə yarımçıq qalmış sifarişləri xatırladır, endirim və kampaniyaları çatdırır, çatdırılma və qaytarma qaydalarını izah edir, sorğuları cavablandırır, üstəlik CRM və stok sistemlərinə inteqrasiya olunaraq real zamanlı məlumat verir.
Bəs bu biznesdə nəyi dəyişdirir?
Əvvəl - Cavabsız müştəri mesajları
Sonra - 7/24 avtomatik cavablandırma
Əvvəl - Səbəti yarımçıq tərk edən müştəri
Sonra - Avtomatik xatırlatma və təşviq mesajları
Əvvəl - Kampaniyaların əl ilə yayılması
Sonra - Hədəfli endirim mesajlarının avtomatik göndərilməsi
Əvvəl - Müştəri məlumatlarının itməsi
Sonra - Avtomatik data yığımı və CRM inteqrasiyası.
Daha çox satmaq üçün daha sürətli olmalısan. Daha sürətli olmağın isə bir yolu var. Elə indi bizə yaz.