Rustam Garayev
Owner | Developer
Avtomatlaşdırılmış həllər, yorulmasın əllər!
İşiniz böyüyür, sorğular artır, təkrarlanan tapşırıqlar bütün vaxtı aparır. Yeniliklər üçün zaman qalmır. Nəticədə, işlər yenidən zəifləməyə başlayır...
Bəs bu işləri hər dəfə təkrar-təkrar əllə görmək əvəzinə onları sizin yerinizə edən bir sistem olsa necə? Avtomatlaşdırma elə məhz bunun üçündür.
Avtomatlaşdırma sadə dillə desək, təkrarlanan və vaxt aparan işlərin avtomatik həll olmasıdır. İnsan əli ilə görülən bir çox tapşırıqlar artıq fərqli həllər tərəfindən asanlıqla yerinə yetirilir.
Avtomatlaşdırma sənə hər sahədə kömək olur:
- Müştəri suallarının cavablandırılması
- Formların doldurulması və yönləndirilməsi
- E-mail və mesaj kampaniyalarının göndərilməsi
- Sifariş qəbul və təsdiqləmə
- Anbar sorğuları və stok məlumatlarının paylaşılması
- CRM sisteminə məlumat ötürülməsi
Hər müştəriyə eyni şeyi yazmaq, sorğuları Excel-də əllə qeyd etmək, hər sifarişi bir-bir yoxlayıb təsdiqləmək, endirim xəbərini 50 nəfərə ayrıca göndərmək və s. kimi işlərin hər biri avtomatlaşdırıla bilər. Nəticədə isə əllər yorulmur, zaman itmir, insan səhvləri də maksimum azalır.
Zaman qazanmaq üçün zaman itirmə. Elə indi hərəkətə keç, sorğu göndər. Biznesin üçün uyğun versiyanı birlikdə müzakirə edək.