Rustam Garayev
Owner | Developer
Coding
Automation
23.12.2025
Brendiniz təhlükəsiz həllərdə olsun!
Chatbot-un üstünlükləri boyunu aşır, amma istifadəçiləri ən çox maraqlandıran suallardan biri budur: "Məlumatlarımız necə qorunur?"
Biz avtomatlaşdırma həllərimiz ilə təklif etdiyimiz istənilən xidmət daxilində məlumatların təhlükəsizliyinə tam cavabdehik. Hər bir mesaj, istənilən forma və sorğu tam məxfi şəkildə saxlanılır, ötürülür və işlənir.
ChatBot-larımız aşağıdakı prinsiplərə əsaslanır:
- End-to-End Encryption (Ucdan-uca şifrələmə):
İstifadəçi ilə bot arasında olan yazışmalar digər sistemlər tərəfindən oxuna bilmir. - Data lokalizasiya və saxlama standartları:
Məlumatlar yalnız sən seçdiyin serverlərdə saxlanılır. - Məhdud girişi olan məlumatlar:
Müştəri dataları yalnız icazə verilmiş şəxslər tərəfindən görüntülənə bilər. - Avtomatik anonimləşdirmə:
Həssas məlumatlar (telefon, kart, şəxsi info) kodlaşdırılır. - Real vaxt təhlükəsizlik yoxlamaları:
Sistem daim xarici müdaxiləyə qarşı monitorinq altında olur.
Brendinizin təhlükəsizliyi bizim üçün əsasdır, avtomatlaşdırılmış həllə sahib olmaq üçün elə indi sorğu göndərin.