Chatbot daxili şöbələr arasında körpüdür.

Share

Chatbot daxili şöbələr arasında körpüdür. - detail image Chatbot daxili şöbələr arasında körpüdür. - secondary image

Rustam Garayev

Owner | Developer

AI Automation Chatbot 24.12.2025

Chatbot daxili şöbələr arasında körpüdür.

Əgər komandanın bir üzvü müştərinin sualına cavab vermək üçün başqa şöbəyə zəng etməlidirsə, bu artıq zaman itkisi deməkdir. ChatBot elə bu prosesi də sürətləndirir və avtomatlaşdırır.
O departamentlər arasında körpü rolunu oynayaraq məlumat axınını sadələşdirir, insan səhvlərini minimuma endirir.

Təklif etdiyimiz ChatBot şirkətin müxtəlif sistemlərinə və şöbələrinə inteqrasiya oluna bilər:

  • Anbarla əlaqə saxlayır → Stokda məhsul olub-olmadığını öyrənir,
  • Satış bölməsindən məlumat alır → Kampaniya və qiymət dəyişikliklərini cavablandırır,
  • Texniki dəstəyə bağlanır → Müştərinin problemini yönləndirir,
  • Məlumatı CRM və ya ERP sistemindən çəkir → İstifadəçinin alış tarixçəsinə uyğun cavab verir.

Yəni, ChatBot anbara sorğu göndərir, cavabı real vaxtda alır, müştəriyə isə dəqiq və düzgün cavab verir. Bu isə öz növbəsində şöbələr arasındakı məlumat axınını sürətləndirir və vaxta qənaət edir.

İş axınını optimallaşdırmaq, vaxtına qənaət etmək üçün vaxt itirmə, DEMO versiya əldə et.

Körpünü keçənə qədər, bunları da bil:

ChatBot təkcə müştəri ilə deyil, şirkət daxilində də kommunikasiyanı sürətləndirir.

Məlumat axını sürətlənir, heç nə gecikmir, heç kəs gözləmir.

Səmərəlilik artır, vaxt itkisi azalır.

Şöbələrarası məlumat mübadiləsi sürətlənir.