Rustam Garayev
Owner | Developer
Chatbot insanın halından anlayır.
İllər keçdi, dövr dəyişdi. Artıq texnologiya təkcə cavab vermir, hətta səni başa düşə bilir.
Süni intellekt dəstəkli ChatBot mesajda təkcə sözü yox, emosiyanı, tonu və niyyəti də analiz edə bilir. Bu isə bir müştərinin əsəbi, sevincli, təəssüflü və ya narahat olduğunu anlamaq və uyğun şəkildə cavab vermək bacarığını formalaşdırır.
Bunun adı emotional intent detection texnologiyasıdır. Yəni istifadəçinin yazdığı mesajda:
- Hansı duyğu var (əsəb, sevinc, qorxu, maraq və s.)
- Cümlənin tonu necədir (pozitiv, neqativ, passiv-aqressiv və s.)
- Niyyət nədir (şikayət, təşəkkür, sorğu, şübhə, istehza və s.)
Bunlar süni intellektin Natural Language Processing (NLP) və Sentiment Analysis dəstəyi vasitəsilə müəyyənləşdirilir. Məsələn, müştəri “Bu nədir axı, 3 gündür cavab almıram!” dedikdə bot bunu əsəbi və narazı ton kimi tanıyır və təsəlli + yardım çağırışı ilə cavab verir: “Sizi narahat etdiyimiz üçün üzr istəyirik! Sürətli şəkildə probleminizi həll etməyə hazıram.”
Nəticədə, müştəri özünü başa düşülmüş hiss edir və qarşısında robot yox, insan kimi empatiya qura bilən sistem görür.
Müştərilərinin başa düşülməyə ehtiyacı var, brendinin isə ilk addımı atmağa. Elə indi bizə sorğu göndər.